
İsrail hərbçilərinin əməliyyatları nəticəsində son 24 saat ərzində Qəzza zolağında ən azı 41 fələstinli ölüb, 113 fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin oktyabrında İsrailin Qəzzada hərbi əməliyyatlara başlamasından indiyədək öıənlərin sayı 40 min 476, yaralananların sayı isə 93 min 647 nəfərə çatıb.