Məşhur məşqçi vəfat etdi


Futbol üzrə İngiltərə milli komandasının keçmiş baş məşqçisi isveçli Sven-Yoran Eriksson vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Məlumata görə, Eriksson 76 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Yanvar ayında ona pankreas xərçəngi diaqnozu qoyulub. Avqustun 21-də o, oyunçulara, məşqçilərə və azarkeşlərə təşəkkür etdiyi vida mesajı dərc edib.
Məşqçilik karyerası ərzində Eriksson 1982-ci ildə UEFA Kubokunu (indiki Avropa Liqası) qazandığı İsveçin “Göteborq” klubuna, həmçinin, 1986 və 1994-cü illərdə müvafiq olaraq İtaliya kuboklarını əldə etdiyi İtaliyanın “Roma” və “Sampdoriya” klublarına rəhbərlik edib.
1997-2001-ci illərdə mütəxəssis “Latsio”nun baş məşqçisi olub. Bu müddət ərzində klub İtaliya çempionluğunu (2000), iki dəfə İtaliya kubokunu (1998, 2000) və superkubokunu (1998, 2000), Kuboklar Kubokunu (1999) və UEFA Super Kubokunu (1999) qazanıb.
O, isveçli “Benfika” klubuna üç dəfə (1983, 1984, 1991) Portuqaliya çempionatında qələbə qazandırıb və UEFA Kubokunun finalına (1983) çıxarıb.
O, həmçinin, “Mançester Siti” və “Lester Siti” klublarına da rəhbərlik edib.  
2001-2006-cı illərdə Eriksson İngiltərə millisinin baş məşqçisi olub, onun rəhbərliyi altında komanda Dünya Çempionatının (2002, 2006) və Avropa Çempionatının (2004) 1/4 finalına yüksəlib. O, İngiltərə millisinə rəhbərlik edən ilk əcnəbi olub.
Erikssonun son iş yeri isə Filippin millisi olub.

DİGƏR XƏBƏRLƏR

Top