
Vaşinqton parlament seçkiləri fonunda Gürcüstandakı vəziyyətdən son dərəcə narazıdır və “rəngli” inqilab” hazırlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosuna istinadla məlumat yayıb.
“Amerikalılar Gürcüstanda “rəngli inqilab” hazırlayırlar. Ağ Ev oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində Gürcüstandakı vəziyyətdən son dərəcə narazıdır”, - məlumatda bildirilib.
Bundan əlavə, kəşfiyyat məlumatlarına görə, ABŞ “Gürcü arzusu”nun seçki mövqeyini mümkün qədər zəiflətmək üçün ölkə hakimiyyətinə təzyiqləri ciddi şəkildə artırmağı planlaşdırır.
O cümlədən, Vaşinqton “Gürcü arzusu” partiyasının rəhbərliyinə, onların ailə üzvlərinə, həmçinin partiyanın sponsorlarına qarşı şəxsi sanksiyalar tətbiq edə bilər.
Kəşfiyyat məlumatlarına görə, “Tiflis Maydanı”nda səsvermə zamanı seçki saxtakarlığı faktlarının dərc edilməsi, seçkilərin nəticələrinin tanınmadığının elan edilməsi və hakimiyyət dəyişikliyinin tələb edilməsi planlaşdırılır. Bildirilir ki, etirazları zorla yatırmaq üçün hüquq-mühafizə orqanları təhrik ediləcək.
Qeyd edək ki, bundan əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə birpartiyalı parlamentin yaranmasına icazə verib. Onun sözlərinə görə, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının məhkəmə qarşısına çıxarılması onun üzvlərinin parlament mandatlarından məhrum edilməsinə səbəb ola bilər.