
Qəzza zolağında atəşkəslə bağlı Qahirədə keçirilən danışıqların növbəti raundu nəticə verməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of Israel” amerikalı rəsmiyə istinadla məlumat yayıb.
Nəşrin mənbəsinin bildirdiyinə görə, Qahirədəki danışıqlar konstruktiv keçib və bütün iştirakçıların ümumi fikri olan yekun və işlək razılığın əldə edilməsi məqsədi ilə aparılıb. O, əlavə edib ki, danışıqlar nəticəisz qalsa da, proses yaxın günlərdə davam etdiriləcək.
ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Halifaksda keçirdiyi mətbuat konfransında Vaşinqtonun Misir və Qətər vasitəçiləri, eləcə də İsrail tərəfi ilə hələ də Qahirədə fəal şəkildə işlədiyini qeyd edib.
Qəzet qeyd edir ki, ABŞ rəsmiləri danışıqların uğurla başa çatacağına ümid etməyə davam edən yeganə iştirakçı kimi görünür.
HƏMAS Siyasi Bürosunun üzvü İzzət ər-Rişq bildirib ki, HƏMAS heyəti Qahirəni tərk edib və Misir və Qətər vasitəçiləri son danışıqların nəticələri barədə onlara məlumat veriblər.
Ər-Rişq HƏMAS-ın ABŞ prezidentinin iyulun 2-də elan etdiyi Bayden planını həyata keçirməyə hazır olduğunu vurğulayıb.
HƏMAS-ın məlumatına görə, İsrail qoşunlarını Filadelfiya və Netsarim dəhlizlərindən çıxarmaq üzrə öhdəliklərini yerinə yetirməkdən imtina edib və bunun əvəzində yeni tələblər irəli sürüb.
Qeyd edək ki, bundan əvvəl Netanyahu İsraillə HƏMAS arasında müharibənin 2025-ci ilə qədər davam edəcəyini bildirmişdi.