TƏBİB qəzada vəfat edən Nəsiman Yaqublu ilə bağlı açıqlama yaydı


Nəsiman Yaqublu Cəbrayıl rayonu ərazisində qəzaya düşmə səbəbilə bu gün saat 18:30-da Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yeniavaz.com
TƏBİB-dən verilən məlumata istinadən xəbər verir ki, ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib.
Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, saat 18:43-də ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, tarixçi-professor Nəsiman Yaqublu Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd olub və qəza da Zəngilandan seçicilərlə görüşdən qayıdarkən baş vetib.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top