Qəzaya düşən professor Nəsiman Yaqublu vəfat edib – Yenilənib


"Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi, professor Nəsiman Yaqublunun Zəngilandan seçicilərlə görüşdən qayıdarkən ağır yol qəzasına uğradığı barədə məlumat aldıq".
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Müsavat partiyasının sabiq başqanı Arif Hacılı sosial şəbəkə hesabında paylaşıb.
Arif Hacılı bildirib ki, ilkin məlumata görə Nəsiman bəy Füzuli xəstəxanasına yerləşdirilib: “Qəzanın səbəbləri, hadisənin mahiyyəti, Nəsiman bəyin sağlıq durumu barədə məlumatları dəqiqləşdirdirməyə çalışırıq”.

***19:43
 

Bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomibillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.
Yeniavaz.com
xəbər verir ki,bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumatda qeyd olunur ki, N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top