ABŞ Suriyada “Hürrəs əd-Din” liderini zərərsizləşdirdi


Amerika hərbçiləri cümə günü Suriyaya zərbə endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, onun hədəfi “Hürrəs əd-Din” qruplaşmasının liderlərindən biri Əbu Abdurrahman əl-Məkki olub.
“Bu gün CENTCOM qüvvələri “Hürrəs əd-Din”in yüksək rütbəli liderini kinetik zərbə ilə zərərsizləşdirib”, - komandanlıqdan bildirilib.
CENTCOM-un məlumatına görə, Əbu Abdurrahman əl-Məkki Suriyada terror əməliyyatlarını idarə edib.

DİGƏR XƏBƏRLƏR

Top