
ABŞ prezidentliyinə müstəqil namizəd kiçik Robert Kennedi seçki kampaniyasına fasilə verdiyini elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “X” kanalında yayımlanan müraciətində bildirib.
“Mən hamıya bildirmək istəyirəm ki, mən kampaniyamı dayandırmıram, sadəcə fasilə verirəm. Mənim adım əksər ştatlarda seçki bülletenində qalacaq”, Kennedi deyib.
Kiçik Kennedi ABŞ prezidentliyi yarışında Donald Trampı dəstəklədiyini açıqlayıb:
“Mən Donald Trampı dəstəklədiyimi bildirirəm. Çünki bizim həyati vacib məsələlərdə mövqelərimiz üst-üstə düşür”.