Naxçıvanda muzdlu işçilərin sayı azalmaqda davam edir


Bu ilin iyul ayının əvvəlinə olan sonuncu məlumata görə Naxçıvan Muxtar Respublikasında muzdlu işçilərin (əmək müqaviləsi ilə işləyənlər) sayı 59 min 495 nəfər olub.
Yeniavaz.com
xəbər verir ki, son bir il ərzində Naxçıvanda muzdlu işçilərin sayı 31,2% azalıb.
Belə ki, 2023-cü ilin 1 iyul tarixində Naxçıvanda 86 min 532 muzdlu işçi olub. Onu da bildirək ki, 2023-cü ilin əvvəlində muzdlu işçilərin sayının daha çox – 110 min 261 nəfər olduğu bildirilib.
Məlumat üçün qeyd edək ki, azalma əsasən qeyri-dövlət sektorunda işləyənlərin sayında qeydə alınıb.
Naxçıvanda özəl sektorda işləyən muzdlu işçilərin sayı son bir il ərzində 2 dəfədən çox azalaraq 50 min 306 nəfərdən 23 min 299 nəfərə düşüb. Ötən ilin əvvəlində isə Naxçıvanda özəl sektorda işləyən muzdlu işçilərin sayı 72 min 645 nəfər olub.
Azalma istisnasız olaraq Naxçıvan Muxtar Respublikasındakı bütün inzibati rayonlarda qeydə alınıb. Ən böyük azalma Sədərək rayonunda qeydə alınıb. Ötən ilin iyul ayının əvvəlində Sədərəkdə 1 332 muzdlu işçi olduğu halda, bu ilin əvvəlində onların sayı 435 nəfər olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top