Putin Azərbaycana səfərinin təəssüratları barədə Paşinyanı məlumatlandırdı


Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onlar Rusiya liderinin Azərbaycana səfərini müzakirə ediblər.
“Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, Rusiya Prezidenti ötən həftə Azərbaycana səfərinin təəssüratları barədə Ermənistanın Baş nazirinə məlumat verib və Baş nazir Paşinyan buna görə Prezident Putinə təşəkkür edib”, - məlumatda bildirilib.
Mətbuat xidmətinin məlumatına görə, tərəflər gələcəkdə Ermənistan və Rusiya arasında gündəmdəki məsələləri müzakirə etmək üçün görüşmək barədə razılıq əldə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top