Ukrayna ordusunun Kursk vilayətinə daxil olması Rusiya vətəndaşları arasında hakimiyyətə inamın azalmasına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın İctimai Rəy Fondunun (FOM) məlumatında bildirilir.
Qeyd olunur ki, 9-11 avqust tarixlərində keçiriulən sorğunun nəticələrinə görə rusiyalıların 25%-i hakimiyyətin hərəkətlərinin onları “qəzəbləndirdiyini” bildirib. Narazılıq səviyyəsi “Vagner”in üsyanından sonra rekord səviyyəyə çatıb.
Son bir həftə ərzində hakimiyyətin hərəkətlərindən qəzəblənənlərin payı 7 faiz bəndi artıb. FOM-un məlumatına görə, hakimiyyətdən “narazı olanların” payı üç həftə ərzində 21%-dən 31%-ə yüksəlib.