
2023-cü ilin oktyabr ayından etibarən Qəzza zolağında İsrail qüvvələri tərəfindən öldürülən fələstinlilərin sayı 39 790 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi rəsmi teleqram kanalında məlumat yayıb.
Bildirilir ki, zərbələr nəticəsində 92 002 nəfər xəsarət alıb:
“Son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində İsrail qüvvələrinin atəşi və hava hücumları nəticəsində 40 fələstinli ölüb, 140 nəfər yaralanıb”.