
Hollivud aktyoru Tom Kruz Parisdə keçirilən Olimpiya Oyunlarının bağlanış mərasimində çıxış edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Nəşr bildirir ki, aktyor Beynəlxalq Olimpiya Komitəsinə təkliflə çıxış edib.
Təşkilatçıların fikrincə, Kruz Parisdəki Oyunları və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək növbəti Olimpiadanı üzvi şəkildə əlaqələndirəcək.
Versiyalardan birinə görə, ekstremal hərəkətləri ilə tanınan aktyor Olimpiya bayrağı ilə “Stade de France”ın üst hissəsindən kanatla düşəcək.