Kolumbiyada öküz döyüşləri qadağan edildi


Kolumbiya Prezidenti Qustavo Petro öküz döyüşlərini qadağan edən qanun imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, imzalanma mərasimi dövlət başçısı administrasiyasının “X” sosial şəbəkə hesabında yayımlanıb.
Kolumbiya Prezidenti etnik azlıqların mədəniyyəti sayılan bu dırnaqarası mədəniyyətin cəmiyyət üçün təhlükəli olduğunu bildirib.
Parlamentin təsdiq etdiyi qanunda öküz döyüşlərinin tam qadağan olunmasına qədər üç illik keçid dövrü nəzərdə tutulub. 2027-ci ilə qədər olan bu müddət ərzində hökumətin heyvanları qorumaq üçün müəyyən etdiyi şərtlərə uyğun olaraq ölkədə korralexaların (Kolumbiyada öküz döyüşünün ənənəvi forması) keçirilməsinə icazə veriləcək. Rəsmilərin fikrincə, keçid dövrü öküz döyüşü sənayesi ilə məşğul olanlara gəlir əldə etmək üçün yeni fəaliyyət sahələri tapmağa imkan verəcək.
Qeyd edək ki, Latın Amerikasında, xüsusilə də, Venesuela, Meksika, Peru və Ekvadorda öküz döyüşləri hələ də tam qadağan edilməyib. Kolumbiyada isə 2022-ci ilin iyununda şoulardan birində tamaşaçıların olduğu podiumun dağılmasından sonra korralexaların qadağan edilməsi zərurəti ilə bağlı müzakirələr aktuallıq kəsb edib. Hadisə nəticəsində 4 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top