Bayden Ağ Evə qayıdır


ABŞ Prezidenti Co Bayden koronavirus infeksiyası ilə əlaqədar karantində olduğu Rehobot Biç (Delaver) iqamətgahından Ağ Evə bu gün, iyulun 23-də qayıdacaq.
Yeniavaz.com
xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin yaydığı cədvələ əsasən, yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə saat 20:30-da) Bayden Rehobot Biçdəki evini tərk edərək, “Dover” aerodromuna (Delaver ştatı) yollanacaq. O, saat 13:25-də (Bakı vaxtı ilə saat 21:25-də) Vaşinqton yaxınlığındakı “Endryus” hərbi bazasına uçacaq. Uçuşun 35 dəqiqə davam edəcəyi gözlənilir.
Amerika lideri saat 14:30-da (Bakı vaxtı ilə saat 22:30-da) Ağ Evə gələcək. Burada saat 15:00-da (Bakı vaxtı ilə saat 22:00-da) ona qapalı brifinq veriləcək.
Qeyd edək ki, Baydenin iyulun 17-də COVID-19 üçün verdiyi test müsbət çıxıb. Bundan sonra o, Delaverdəki iqamətgahına gedib və burada karantin rejiminə keçib. O, karantin rejimində olsa da, dövlət başçısı kimi fəaliyyətini davam etdirib. Karantin rejimində olarkən, Bayden iyulun 21-də seçki yarışından çıxdığını elan edib, həmçinin, vitse-prezident Kamala Harrisin noyabrda keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi kimi irəli sürülməsini dəstəkləyib.

DİGƏR XƏBƏRLƏR

Top