Naxçıvana bilet alanların şəxsiyyət vəsiqəsini təqdim etməsinə ehtiyac qalmayacaq


Naxçıvana səyahət edən vətəndaşlar AZAL-ın Bakıdakı kassalarında “mygov” tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək aviabilet əldə edə bilərlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AZAL və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) yaydığı məlumatda deyilir.  
Bildirilir ki, yeni imkan yaxın gələcəkdə AZAL-ın Naxçıvandakı kassalarında da tətbiq olunacaq:
“Artıq sərnişinlərdən aviabilet alarkən fiziki olaraq şəxsiyyət vəsiqələrini daşımaq tələb olunmur. Şəxsiyyəti təsdiq edən lazımi məlumatlar “mygov” tətbiqi üzərindən təqdim edilə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top