
Nikolaevə raket zərbəsi endirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şəhərin meri Aleksandr Senkeviç məlumat yayıb.
Nikolaev rəhbərinin sözlərinə görə, zərbə yaşayış massivində qeydə alınıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, onun məlumatlarına görə, raket adi evin yaxınlığındakı uşaq meydançasına düşüb. Zelenskinin sözlərinə görə, biri uşaq olmaqla üç nəfər həlak olub, beş nəfər yaralanıb.
“Rusiya hər gün terroru ilə sübut edir ki, ona təzyiq azdır. Həyatın bu məhvinə son qoyulmalıdır. Müdafiəmizi dəstəkləmək üçün yeni həll yollarına ehtiyacımız var. Rusiya sülhün gücünü hiss etməlidir”, - Zelenski bildirib.
10-a yaxın adamın xəstəxanaya yerləşdirildiyi deyilir.