“Azərsu” Hüseynbala Mirələmovun oğlunu məhkəməyə verdi


“Azərsu” ASC sabiq millət vəkili Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmov barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
 xəbər verir ki, iddia üzrə hazırlıq iclası 17 iyul tarixində Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyilə keçiriləcək.
Bildirilir ki, iddia kommunal xərclər ilə bağlıdır.
Qeyd edək ki, Hüseynbala Mirələmov Milli Məclisin III, IV və V çağırış deputatı olub. 23 aprel 2021-ci ildə Mirələmov sosial şəbəkələrdə yayılan qeyri-etik görüntüləri səbəbindən Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri vəzifəsindən azad olunub. 

DİGƏR XƏBƏRLƏR

Top