Vaxtsız hökm verməyə tələsməyin!


Yəqin ki, birələrin 70-80 santimetrə qədər tullandıqlarını bilirsiniz… Alimlər hündürlüyü 30 santimetr olan şüşə qab götürürlər. İçərisinə 50-yə yaxın birə salırlar. Ağzına da şüşə qapaq qoyurlar. Sonra qabı ocaqda qızdırırlar. Ayaqları yanan birələr tullanıb qaçmaq istəsələr də, qapağa dəyib aşağı düşürlər.
Təcrübənin ikinci hissəsində ocağı söndürüb qabı soyudurlar. Qapağı götürəndən sonra yenidən qızdırırlar. Bu dəfə birələr nə qədər tullansalar da, qabdan kənara çıxa bilmirlər.
Və nəticə:
1. Əvvəlcə tullanıb xilas olacaqlarına inanan birələr maneələrə rast gəldikcə “çarəsizliyə” öyrəşdilər və ikinci hissədə heç bir fiziki maneə olmasa da, şüurlarındakı maneəni keçə bilmədilər.
2. Əvvəl birələrin imkanları yox idi, inamları var idi. Ancaq sonra imkanları oldu, inamları olmadı.
3. Bəzən hadisələrin “üzündəkilərə” o qədər köklənirik ki, hadisələrin arxasındakıları görə bilmirik. Aysberqlərin suyun altında qalan hissəsini görə bilmədiyimiz kimi...
4. Eynşteyn bu məsələdə həmişə ən böyük maneənin “vaxtsız hökmlər” olduğunu bildirir, “İnsanların qəlbindəki vaxtsız hökmləri parçalamaq, mənim atom nüvəsini parçalamağımdan daha çətindir”, - deyirdi.
5. Bu dünya təcrübə dünyasıdır. Təcrübəçi qarşımıza bəzi maneələr qoysa da, məqsədi bizi sınamaqdır. Ona görə də, inamımızı itirməməli, inam, əzm və dözümlə rəhmət qapılarını döyməyə çalışmalıyıq. İnanın ki, bir gün açılacaq…

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top