Ronaldo Avropa çempionatlarında daha bir rekorda imza atdı


Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldo Avropa çempionatlarında yeni rekorda imza atıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, 39 yaşlı hücumçu turnirin tarixində 30 oyun keçirən ilk futbolçu olub.
Təcrübəli forvard bunu Avro-2024-ün 1/4 final mərhələsində Fransa yığmasına qarşı oyunda reallaşdırıb.
İkinci sırada isə Portuqaliya millisinin digər üzvü Pepe yer alıb.
Qeyd edək ki, Portuqaliya millisi əsas və əlavə vaxtı qolsuz bitən görüşün penaltilər seriyasında Fransaya 3:5 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top