
“Formula 1” trekinin əfsanəvi pilotu Mixael Şumaxerin müalicəsi davam edir.
Yeniavaz.com xəbər verir ki, ancaq ailəsi müalicə xərclərini qarşılamaqda çətinlik çəkir. Belə ki, əfsanəvi pilotun illik müalicəsi 7 milyon dollara başa gəlir.
Şumaxer 2013-cü ildə Fransanın Alp dağlarında xizək sürərkən qəza keçirib. Beynində böyük zədəyə səbəb olan bir zərbə alıb və o vaxtdan bəri xüsusi qayğıya möhtac yaşayır.
Ailəsi Mixael Şumaxerin müalicəsi üçün indiyə qədər böyük var-dövlət sərf edib. Məşhur pilotun həyat yoldaşı Korinna Şumaxer bunun üçün onun bir çox qiymətli əmlakını satıb. O, indiyə qədər Şumaxerin Norveçdə bir evini, İsveçrədə bir malikanəsini, həmçinin, bir şəxsi təyyarəsini satıb.
Ən son isə əfsanəvi pilotun saatları İsveçrədə “Christie's” hərrac evində satışa çıxarılıb. Belə ki, Mixael Şumaxerin 8 qol saatı Cenevrədə keçirilən hərracda 4 milyon 400 min dollara satılıb.
