Və su haqqında...


Planetimizin 75, bədənimizin isə 70 faizini su təşkil edir. Ancaq su təkcə bizim üçün yox, başqa canlılar üçün də həyat mənbəyidir. Su başqa mayelərdən öz xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, sudan başqa bütün mayelər donanda həcmləri azalır, sıxlıqları artır. Su isə, əksinə donanda həcmi çoxalır, sıxlığı azalır. Məhz buna görə də, donmuş su (yəni, buz) üzə çıxır. Nəticədə, dənizlərin və göllərin dibi donmur.
Digər tərərfdən, buz suyun dibinin isti qalmasını da təmin edir. Yeri gəlmişkən deyək ki, buzun suyun üstündə qalması təkcə suda yaşayan canlıları yox, quruda yaşayan canlıları da xilas edir. Belə ki, suyun bu xüsusiyyəti dünyadakı kəskin temperatur dəyişikliklərinin qarşısını alır. Digər tərəfdən, suyun bu xüsusiyyəti gecə və gündüz arasındakı temperatur fərqinin azalmasına da kömək edir.
Suyun bundan başqa da maraqlı xüsusiyyətləri çoxdur. Məsələn, məlumdur ki, suyun kimyəvi tərkibi hidrogen və oksigendən ibarətdir. Hidrogen yanan, oksigen isə yanmaya kömək edən kimyəvi elementdir. Buna baxmayaraq, sudan yanğını söndürmək məqsədi ilə istifadə olunur. Orqanizmdən tər kimi çıxan su isə daxili temperaturu nizamlayır.
Bütün bu xüsusiyyətlərinə görə suyu həyat mənbəyi adlandırırlar. Alimlər də hər hansı bir planetdə həyatın mövcud olub-olmadığını müəyyən edərkən, ilk növbədə, orada suyun olub-olmadığını araşdırırlar.
Allah hər şeyi hikmətlə yaradır...

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top