Rusiya MN-nin departament rəhbəri həbs edildi


Rusiyada məhkəmə ölkənin Müdafiə Nazirliyinin dövlət müdafiə sifarişlərini təmin edən departament rəhbəri Vladimir Verteletskini həbs edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat yayıb.
“İstintaqın tələbi ilə məhkəmə Verteletski barəsində həbs qətimkan tədbiri seçib”, - o deyib.
Petrenkonun sözlərinə görə, Verteletskiyə qarşı dövlət müdafiə sifarişinin icrası zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb:
“2022-ci ildə Verteletski hökumət müqaviləsi əsasında tamamlanmamış işləri qəbul edib. Təqsirləndirilən şəxsin qanunsuz hərəkətləri nəticəsində dövlətə 70 milyon rubldan çox ziyan dəyib”.

DİGƏR XƏBƏRLƏR

Top