Daha bir cüdoçumuz dünya çempionu oldu


Daha bir Azərbaycan cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.
Bildirilir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev finalda kanadalı Şadi Elnahasa qalib gəlib.
Xatırladaq ki, daha öncə cüdoçumuz Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top