Azərbaycan məktəbliləri Avropada medallar qazanıblar


Sumqayıt məktəbliləri Sloveniyada keçirilmiş Fudokan Karate üzrə Avropa Çempionatında bürünc medal qazanıblar.
Bu barədə Yeniavaz.com-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbin şagirdi Şəhriyar Behbudzadə və Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Leyla Mahmudlu Sloveniyanın Podçetrtek şəhərində 15-19 may tarixlərində keçirilmiş Fudokan Karate üzrə 27-ci Avropa Çempionatında bürünc medala layiq görülüblər.

DİGƏR XƏBƏRLƏR

Top