Alzheimer xəstələri erkən əlamətləri aradan qaldırmağın yollarından danışdı


Erkən mərhələdə alzheimer xəstəliyi olan iki xəstə xəstəliyin əlamətlərini dayandırmağa və ya aradan qaldırmağa kömək edən tədbirlər haqqında danışıb.
Yeniavaz.com
xəbər verir ki, onların müsahibələri CNN-in YouTube kanalında dərc olunub.
Birinci pasiyent Çiçi Zerbe alzheimer tədqiqatında iştirak etdiyini və ətdən imtina edərək bitki əsaslı pəhrizə keçdiyini bildirib. Bundan əlavə, qadın müntəzəm olaraq idman etməyə, yoqa, meditasiya və dəstək qrupunda iştirak etməyə başlayıb. Onun sözlərinə görə, son beş ildə bu xəstəliklə mübarizə üsulları sayəsində özünü xeyli yaxşı hiss etməyə başlayıb.
Başqa bir xəstə, 55 yaşlı Simon Nikols, həyat tərzində eyni dəyişiklikləri edib və onda 14 ay ərzində alzheimer xəstəliyinin biomarkerləri yox olub. Nikols indi həftədə üç dəfə yavaş güc məşqləri, qaçış, üzgüçülük və velosiped sürdüyünü söyləyib. O, həmçinin şəkər, süni dadlandırıcılar və bütün ultra emal olunmuş qidaları kəsib. Nikolsun sözlərinə görə, o yuxu rejiminə çox diqqət yetirir.
Öz növbəsində hər iki xəstəni müşahidə edən nevroloq Riçard İsaakson alzheimer xəstəliyini geri qaytarmağın mümkün olmadığını vurğulayıb. Bununla belə, Simon və bəzi digər xəstələrin nəticələrinin son dərəcə maraqlı və ümidverici olduğunu qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top