İyundan Şengen vizasının qiyməti artacaq


2024-cü il iyunun 11-dən etibarən Şengen vizasının qiyməti böyüklər üçün 90 avro, 6-12 yaş arası uşaqlar üçün 45 avro təşkil edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi jurnalında dərc olunan Avropa Komissiyasının qərarında deyilir.
Sənədə əsasən, Aİ-də qeyri-qanuni yaşayan vətəndaşlarının readmissiyası ilə bağlı əməkdaşlıq etməyən ölkələrdən müraciət edənlər Şuranın qərarından asılı olaraq 135 və ya 180 avro viza rüsumu ödəyəcəklər.
Qeyd edək ki, rüsumun artırılması ilə bağlı qərar martın 14-də verilib. Hazırda böyüklər üçün Şengen vizasının qiyməti 80 avro, uşaqlar üçün isə 40 avro təşkil edir. Avropa Komissiyası rüsumun 12,5% artımını inflyasiya ilə izah edib.

DİGƏR XƏBƏRLƏR

Top