Gürcüstan prezidenti qalmaqallı qanuna veto qoydu

“gürcüstan sovetləşməyə boyun əyməyəcək” – zurabişvili etirazçıları dəstəklədi
Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstan parlamentinin üçüncü oxunuşda qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə prezident brifinqdə deyib.
“Bu gün mən “Rusiya” qanununa veto qoymuşam. Bu qanun öz mahiyyətinə və ruhuna görə rusdur. Bu, bizim konstitusiyamıza və bütün Avropa standartlarına ziddir və buna görə də bizim Avropa yolumuza maneədir. Bu veto hüquqi baxımdan düzgündür və bu gün parlamentə təqdim olunacaq. Bu qanun heç bir dəyişiklik və ya təkmilləşdirməyə məruz qalmır, ona görə də veto çox sadədir. Bu qanun ləğv edilməlidir”, - Zurabişvili bildirib.
Qeyd edək ki, aprel ayında hakim “Gürcü Arzusu” Partiyası qanun layihəsini yenidən parlamentə təqdim edib. Gürcüstan parlamenti aprelin 17-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda, mayın 1-də ikinci oxunuşda, mayın 14-ü isə üçüncü və yekun oxunuşda qəbul edib. Layihə ilə bağlı parlament prosedurları bir ay ərzində etiraz aksiyaları ilə müşayiət olunub. 

DİGƏR XƏBƏRLƏR

Top