“Hazırda Xarkovu almaq planımız yoxdur” – Putin


“Hazırda Xarkov şəhərini ələ keçirmək planımız yoxdur”.
Yeniaavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Çinin Harbin şəhərində jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin Rusiya ordusunun Xarkov vilayətində keçirdiyi əməliyyatı “sanitar zona” yaradılması ilə izah edib.
“Xarkov istiqamətində baş verənlərə gəlincə, bu da Ukrayna hakimiyyətinin günahıdır, çünki onlar sərhədyanı ərazilərin, o cümlədən Belqorodun yaşayış məntəqələrini atəşə tutublar və təəssüf ki, atəşə tutmaqda davam edirlər”, - Rusiya lideri jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dinc sakinlər ölür və bu, göz qabağındadır.
“Və mən açıq şəkildə dedim ki, əgər belə davam etsə, biz təhlükəsizlik zonası, “sanitar zona” yaratmağa məcbur olacağıq", - Putin deyib.

DİGƏR XƏBƏRLƏR

Top