“Ukraynanın uğursuzluğunda bütün dünya günahkardır”


“Ukrayna Silahlı Qüvvələrinin Xarkov yaxınlığındakı uğursuzluqlarına görə məsuliyyət bütün dünyanın üzərinə düşür”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABC telekanalına müsahibəsində deyib.
“Bu, dünyanın günahıdır. Onlar Rusiyaya fürsət verdilər. Amma indi dünya kömək edə bilər”, - Zelenski bildirib.
Ölkə başçısı həmçinin ABŞ dövlət katibi Antoni Blinkenin Kiyevə səfərinin nəticələrindən məyus olduğunu da qeyd edib:
“Dialoq yaxşıdır. Amma indi köməyə ehtiyacımız var”.
Zelenski həmçinin ABŞ-ın hərbi yardım göstərməklə bağlı yeni vədlərini, xüsusən də silahların alınması və Ukraynada istehsalına dəstək üçün 2 milyard dollarlıq yeni fondun yaradılmasını tənqid edib:
“Bu pullar Ukraynaya verilmir, bu pullar Amerika zavodlarında, Amerikada iş yerləri yaratmaq üçün xərclənir”.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken mayın 14-15-də Kiyevdə olub.

DİGƏR XƏBƏRLƏR

Top