Mbappe PSJ-dən ayrılacağını açıqladı – Video


PSJ-nin hücumçusu Kilian Mbappe Paris klubundan ayrıldığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.
“Mən həmişə deyirdim ki, vaxtı gələndə sizə xəbər verəcəyəm. Hamınıza bildirmək istəyirəm ki, bu mənim PSJ-dəki son ilimdir. Müqaviləmi yeniləməyəcəyəm və macəram bir neçə həftə ərzində sona çatacaq”, - Mbappe bildirib.
Qeyd edək ki, hücumçunun PSJ ilə müqaviləsi cari mövsümün sonuna qədərdir.
Daha əvvəl mətbuatda 25 yaşlı fransalı futbolçunun azad agent kimi “Real”la müqavilə imzalayacağı barədə xəbərlər yayılıb.
Bu mövsüm Mbappe PSJ-nin heyətində 46 oyun keçirib, 43 qol vurub və 10 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top