Danışıqların birinci raundu bitdi – Yenilənib


Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən danışıqların birinci raundu başa çatıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, görüş 4 saatdan çox davam edib.
Bildirilir ki, danışıqlar əvvəlcə Qazaxıstan XİN rəhbərinin iştirakı ilə, daha sonra təkbətək formatda davam edib.
Danışıqların ikinci raundu sabah baş tutacaq.

***14:40
Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Almatı görüşü başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan danışıqlar aparmaq üçün artıq Almatıdakı Dostluq Evinə gəliblər.
Qeyd olunub ki, onları Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu qarşılayıb.

DİGƏR XƏBƏRLƏR

Top