Parisdə Navalnı küçəsi olacaq


Parisdə rusiyalı siyasətçi Aleksey Navalnının (Lʼavenue Alexeï Navalny) adına küçə yaranacaq.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin 16-cı dairəsinin şurası müvafiq qərarın lehinə yekdilliklə səs verib.
Bildirilir ki, Rusiya səfirliyinin yanında yerləşən Şantme prospekti Navalnının adını daşıyacaq. Navalnının xatirəsinə incəsənət obyekti də quraşdırılacaq.
Təşəbbüs 2023-cü ilə qədər 16-cı dairənin meri olmuş senator Frensis Spiner tərəfindən irəli sürülüb.
Qeyd edək ki, Navalnının tərəfdarları əvvəllər dəfələrlə Avropa şəhərlərində, xüsusən də Haaqa, Berlin və Vilnüsdə onun şərəfinə küçə olmasını təklif edən petisiyaya başlayıblar. Bəzi Qərb siyasətçiləri də buna çağırıblar. İndiyə qədər bu ideyaların heç biri həyata keçirilməyib.
Xatırladaq ki, Rusiya müxalifətinin lideri sayılan Aleksey Navalnı fevralın 16-da Xarp kəndindəki koloniyada dünyasını dəyişib. Rəsmi ölüm hesabatında bunun təbii səbəblərdən olduğu bildirilir. Siyasətçinin tərəfdaşları onun ölümünü qətl hesab edirlər.

DİGƏR XƏBƏRLƏR

Top