“Fransa Rusiya ilə müharibə vəziyyətində deyil”.
Yeniavaz.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “X”də yayımlanan Çin Prezidenti Si Tszinpinlə birgə mətbuat konfransında deyib.
“Biz nə Rusiya ilə, nə də rus xalqı ilə müharibə vəziyyətində deyilik. Biz Rusiyada hakimiyyət dəyişikliyinə də can atmırıq”, - Makron bildirib.