Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşdü


Qazaxın Xeyrimli kəndində mina təmizləmə işləri zamanı erməni istehkamçı minaya düşüb.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.
“Mina partlaması nəticəsində yaralanan əsgər var, ilkin məlumatlara görə, onun həyatı təhlükədə deyil”, - Torosyan bildirib.
Bildirilib ki, yaralı İcevan tibb məntəqəsinə köçürülüb, daha sonra isə yəqin ki, İrəvana köçürüləcək.
Qeyd edək ki, bu, son günlər Tavuşda minatəmizləmə əməliyyatları zamanı baş verən ikinci partlayışdır.

DİGƏR XƏBƏRLƏR

Top