“Azərbaycan və Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel brifinqdə bildirib.
Patel həmçinin, ABŞ dövlət katibi Antoni Blinkenin Bakı ilə İrəvan arasındakı böhranın həllində şəxsən iştirak etdiyini və öz fəaliyyəti dövründə hər iki ölkə ilə daim əlaqə saxladığını qeyd edib.