Qəzzada ölənlərin sayı 34,5 mini keçdi


2023-cü ilin oktyabr ayının əvvəlindən İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 34,5 mini keçib, 77,7 mindən çox fələstinli isə yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı 34 535 nəfərə çatıb, daha 77 704 nəfər yaralanıb”, - Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.
Nazirlik əlavə edib ki, son 24 saat ərzində Qəzzada 47 nəfər ölüb, daha 61 nəfər yaralanıb.
Qəzza zolağında çalışan xilasetmə xidmətləri 10 minə qədər insanın dağıntılar altında qala biləcəyini bildirir.

DİGƏR XƏBƏRLƏR

Top