Dietoloqlar uzun müddət tox tutan beş qidanı açıqladı


Qidalanma mütəxəssisləri arıqlayarkən tox qalmaq üçün faydalı olan beş qidanı açıqlayıblar.
Yeniavaz.com xəbər verir ki, siyahını “The Sun” dərc edib.
Dietoloq Pamela Meysonun fikrincə, yulaf sizi doyuracaq ən yaxşı qidalardan biridir:
“Bu sıyığın tərkibində bağırsaqlarda şişən və həzm müddətini artıran xüsusi növ lif var. Uzun müddət yemək istəməməyinizə səbəb olan digər məhsul avokadodur. Bu məhsul çox miqdarda lif və sağlam yağ ehtiva etdiyi üçün arıqlamağa kömək edir. Yumurta da aclıqla mübarizə aparmağa kömək edir. Onun təsiri qlükoza ifrazı və toxluq hissi üçün cavabdeh olan hormon olan qlükaqonabənzər peptid-1 (QQP-1) səviyyəsini artıran yüksək zülal, həmçinin yağ tərkibi ilə izah olunur”.
Dietoloq Emma Beket isə aclıqla mübarizə aparmaq üçün qoz-fındıq yeməyi tövsiyə etdi:
“Onlar sağlam yağlarla zəngin olduğundan, QQP-1 istehsalını təşviq edirlər. Tərəvəzlər də toxluq hormonunun səviyyəsini artırır, lakin onlar tamamilə fərqli şəkildə fəaliyyət göstərirlər: tərəvəzlərin tərkibindəki lif qısa zəncirli yağ turşuları istehsal edən bağırsaq bakteriyalarını qidalandırır və QQP-1 istehsalına təsir göstərir”.

DİGƏR XƏBƏRLƏR

Top