“WhatsApp”da yeni funksiya var


“WhatsApp” messencerinin yaradıcıları lazımi söhbətlərin daha sürətli və daha rahat axtarışı üçün messencerə üç filtr əlavə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.
Məlumata görə, yenilik istifadəçilərə konkret söhbətləri tapmağa kömək edəcək.
Şirkətin rəsmi bloquna görə, yeni əlavə edilən filtrlər “Hamısı”, “Oxunmamış” və “Qruplar” filtrləri olacaq. “Hamısı” filtrini seçərkən istifadəçi söhbətlərinin hamısını görəcək. “Oxunmamış” filtrini seçməklə istifadəçi oxunmamış mesajları olan söhbətlərə, eləcə də, oxunmamış kimi qeyd edilən mesajlara çıxış əldə edəcək. Üçüncü filtr olan “Qruplar” filtri isə bütün qrup söhbətlərini ayrıca bölmədə qruplaşdıraraq, alt qruplar da daxil olmaqla, bütün qrup yazışmalarına rahat girişi təmin edəcək.
“WhatsApp”da filtrlərin tətbiqi nəinki lazımi söhbətləri tez tapmağa kömək edəcək, həm də messencerin aktiv istifadəçilərinə söhbətlərini daha mütəşəkkil şəkildə aparmağa imkan verəcək.
“WhatsApp” messencerinin yaradıcıları gələcəkdə əlavə funksional təkmilləşdirmələr də vəd edirlər.
Bu funksiya hazırda funksiya yerləşdirmə mərhələsindədir və tezliklə “WhatsApp” istifadəçiləri üçün əlçatan olacaq.

DİGƏR XƏBƏRLƏR

Top