İsrail “Hizbullah”ın raket qüvvələrinin komandirini zərərsizləşdirdi


İsrail Müdafiə Qüvvələri (IDF) Livanın mərkəzi və qərb bölgələrinə cavabdeh olan “Hizbullah” hərəkatının döyüş qanadının tərkibindəki “Radvan” xüsusi təyinatlı batalyonunun raket qüvvələrinin komandirlərindən birini zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun rəsmi “Telegram” kanalında məlumat verilib.
“IDF Kfar Dunin bölgəsinə zərbə endirib və “Radvan” raket bölməsinin komandiri Məhəmməd Hüseyn Mustafa Şeçorini zərərsizləşdirilib. Məhəmməd Hüseyn Livanın müəyyən edilmiş bölgələrindən İsrailə raket buraxılışlarını planlaşdırıb və təşkil edib”, - deyə məlumatda bildirilib.
Hərbçilər əlavə ediblər ki, hava hücumu nəticəsində “Hizbullah” raket qüvvələrinin daha bir yaraqlısı zərərsizləşdirilib.
Qeyd edək ki, aprelin 1-də İsrailin İran İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalının yerləşdiyi Dəməşqin cənub-qərbində yerləşən İran konsulluğunun binasını vurmasından sonra Yaxın Şərqdə gərginliyin yeni mərhələsi başlayıb. İran hakimiyyəti cavab tədbirləri görəcəyini vəd edib və İsrailin İran konsulluğuna hücumuna cavab olaraq aprelin 14-nə keçən gecə İsrailə hücum edib. 5 saat davam edən hücum zamanı İran İsrailə 185 pilotsuz uçan aparat, 30 qanadlı raket və 120 ballistik raket atıb.

DİGƏR XƏBƏRLƏR

Top