Fransa Azərbaycandakı səfirini geri çağırdı


Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, məsləhətləşmələr son aylar iki ölkə arasında olan münasibətlərlə bağlıdır.
Nazirliyin yaydığı məlumatda deyilir ki, ölkə prezidenti Emmanuel Makron səfir Ann Buayonu qəbul edib, məsələyə aydınlıq gətirməsini istəyib.
“Fransa beynəlxalq hüquq normalarına və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tərəfdar olduğunu bir daha bəyan edir. Bu standartlaşma həm ölkələrə, həm də bütün regiona fayda verəcək”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top