Kopenhagendə tarixi birja binası yandı – Tüstü İsveçdən görünüb


Kopenhagenin mərkəzində 17-ci əsrdə tikilmiş tarixi birja binasında yanğın baş verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində dörd əjdahanın qıvrılmış quyruğu formasında olan 56 metrlik taxta şpil məhv olub.
Bildirilir ki, yanğından çıxan tüstü Kopenhagendən Oresund boğazı ilə ayrılan qonşu İsveçdən görünüb.
Yanğının səbəbləri hələlik məlum deyil. Birja binası təmirə bağlı olub. Orada dam örtüyü dəyişdirilir, fasad yenilənirdi.
Ölən və yaralananlar barədə məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top