Bitkoin kəskin ucuzlaşdı


Bitkoinin məzənnəsi son 24 saat ərzində təxminən 3 min dollar ucuzlaşıb.
Yeniavaz.com
xəbər verir ki, bunu “Binance” birjasındakı ticarət məlumatları sübut edir.
Məlumata görə, bir gün əvvəl bitkoin 66 min dolları keçsə də, bu səviyyədə möhkəmlənə bilməyib. Belə ki, aprelin 16-na keçən gecə ilk kriptovalyutanın məzənnəsi təxminən 5% azalaraq, 62 min dollara düşüb.
Analitiklər hesab edirlər ki, geosiyasi vəziyyət, eləcə də, dolların möhkəmlənməsi bitkoinin məzənnəsinə təzyiq göstərir.

DİGƏR XƏBƏRLƏR

Top