Türkiyədə “Threads”in fəaliyyəti dayandırılacaq


Amerikanın “Meta” korporasiyası Türkiyədə “Threads”in (“X” sosial şəbəkəsinin analoqu) fəaliyyətini müvəqqəti dayandıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
“Biz tənzimləyici ilə konstruktiv qarşılıqlı əlaqəni davam etdirəcəyik və ümid edirik ki, xidməti mümkün qədər tez bərpa edəcəyik”, - məlumatda deyilir.
Qeyd edilir ki, Türkiyə antiinhisar tənzimləyicisinin qərarına əsasən, aprelin 29-dan etibarən sosial şəbəkənin fəaliyyəti dayandırılacaq.
Xatırladaq ki, mart ayında Türkiyə tənzimləyicisi, Rəqabət Şurası, “bazarda dominant mövqedən sui-istifadə” səbəbiylə müvəqqəti məhdudlaşdırıcı tədbirlər tətbiq etmək və “Meta”ya cərimə tətbiq etmək qərarına gəlib. Prosesin mövzusu İnstagram və “Threads” sosial şəbəkələrindəki hesabların birləşməsi olub. İddia edilir ki, belə bir vəziyyət sektorda rəqabətin sağlam inkişafına bərpa olunmaz ziyan vurur.

DİGƏR XƏBƏRLƏR

Top