
Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Mikael Aqasandyan vəzifəsindən azad edilib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, milliyyətcə erməni olan Aqasandyanın KTMT-dəki vəzifəsindən azad edilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putin fərman inzalayıb.
Putin digər fərmanla Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyevi Rusiyanın KTMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin edib.
Tətbiqimizi yükləyə bilərsiniz