Həkim ürək xəstəliyinin inkişafının xarici əlamətlərini açıqladı


“Şişkinlik və mavi ayaq barmaqları ürək xəstəliklərinin inkişafından xəbər verir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mirror”a terapevt Con Kammins danışıb.
Həkim bildirib ki, ayaqların şişməsi, göy barmaqlar və ayaq barmaqlarında ağrılı qabarıqlar çox vaxt qan dövranının zəif olmasının göstəricisidir:
“Bu, öz növbəsində, ürək-damar xəstəlikləri ilə bağlıdır. Ürək səmərəli işləmədikdə, ayaqlarda maye tutulması ola bilər. Mən göyərmiş ayaq barmaqlarının qanda oksigen çatışmazlığını göstərə biləyini şahidi olmuşam. Bu ürək problemlərinin mümkün əlamətidir”.
Terapevt ayaqlarda şişlik və digər xarici dəyişikliklərin ikinci dərəcəli əlamət olduğunu vurğulayıb. O, döş qəfəsində ağrıları ürək problemlərinin ilk və əsas əlaməti adlandırıb, xüsusən də fiziki iş zamanı yarandıqda:
“Mənim ən böyük sağlamlıq məsləhətim odur ki, ürək-damar xəstəliklərinin erkən aşkarlanması və müalicəsi nəticələri əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Ona görə də mütəmadi olaraq müayinələrdən keçin”.

DİGƏR XƏBƏRLƏR

Top