"Rusiyanın Qarabağ münaqişəsinin həllinin qarantı kimi çıxış etməyə hazır olmasını alqışlayırıq"

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinin qarantı kimi çıxış etməyə hazır olmasını alqışlayırıq".

Bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib.

"Dağlıq Qarabağ münaqişənin davamlı həllinə nail olmaq üçün göstərilən səylərdə Rusiya prezidenti Vladimir Putinin şəxsən iştirak etməsini alqışlayırıq", - deyə, C.Uorlik vurğulayıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağda təhlükəsizliyi təmin etmək məqsədilə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi həmişə münaqişənin həllinin bir hissəsi kimi nəzərdən keçirilib.

Report

DİGƏR XƏBƏRLƏR

Top