
NATO xarici siyasət idarələrinin rəhbərləri aprelin 3-4-də Brüsseldə keçiriləcək iclasda Ukrayna Silahlı Qüvvələrinin təlimi və maddi-texniki təminatı üzrə missiyanın yaradılmasını müzakirə edəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski “Polskie Radio”nun efirində məlumat verib.
“Görüşdə Ukraynanı dəstəkləmək üçün NATO missiyasının yaradılmasının mümkünlüyü müzakirə olunacaq. Bu missiya alyansın potensialından ukraynalı hərbçilərə təlim keçmək, həmçinin alyansın maddi-texniki təminatından ukraynalı hərbçilər üçün istifadə etmək imkanı verəcək”, - Sikorski bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz