Ermənistan bankları Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırdı


“Armenian Card” (ArCa) milli ödəniş sisteminin üzvü olan Ermənistan bankları martın 30-na keçən gecə Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə məlumatı sistemin çağrı mərkəzində təsdiqləyiblər.
“Bu gündən bizim sistemimizlə işləyən banklar “Mir” kartlarına xidmət göstərməyi dayandırıb. Lazım gəlsə, kartınızı qəbul etməyi dayandırmış konkret banklarla əlaqə saxlaya bilərsiniz”, - deyə ArCa mərkəzinin operatoru bildirib.
Ermənistan banklarının “Mir” kartını qəbul etməyi dayandırması faktını ondan istifadə edən yerli sakinlər də təsdiqləyib.
Qeyd edək ki, 2024-cü il fevralın 23-də ABŞ Maliyyə Nazirliyi “Mir” ödəniş sisteminin operatoru “Milli Ödəniş Kartı Sistemi” ASC-ni sanksiyalar siyahısına əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top