
Prezident Volodimir Zelenskinin ailəsinin gəliri, o cümlədən həyat yoldaşı Yelena Zelenskinin son bir ildəki gəliri 316 min dollardan çox olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti prezidentin rəsmi saytında məlumat yayıb.
“Bəyannaməyə əsasən, Zelenskilər ailəsinin gəliri 12 milyon 423 min qrivna (316 min dollardan çox), o cümlədən dövlət istiqrazlarının satışından əldə edilən gəlir – 7 milyon 455 min 972 qrivna təşkil edib (200 min dollardan çox)”, - deyə məlumatda bildirilib.
Məlumata görə, Zelenski və ailəsinin gəlirinin böyük hissəsi əmək haqqı, əmanətlər üzrə faizlər və kirayə əmlakdan əldə edilən gəlirlərdən ibarət olub.
Qeyd edək ki, Zelenski və ailəsi 2022-ci ildə 3,7 milyon qrivna - 98 min dollardan çox qazandığını açıqlamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz